Türkiyənin Qara dəniz sahilində yerləşən Kastamonu və Samsun vilayətlərində iki pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
Bu barədə "İHA" agentliyi məlumat yayıb.
Məlumata görə, çəkisi 200 kiloqramdan çox olan dronlardan biri Kastamonu vilayətinin Kuşkayas kəndində yaşayış evinin yaxınlığındakı bağ sahəsinə düşüb. Yerə çırpıldıqdan sonra aparat yanmağa başlayıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Digər pilotsuz uçuş aparatı isə Samsun vilayətinin Karataş bölgəsində yerli sakinlər tərəfindən aşkar edilib. Vətəndaşlar tapıntı barədə jandarmaya məlumat veriblər. Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
Hazırda hər iki PUA-nın mənsubiyyəti və mənşəyi mütəxəssislər tərəfindən araşdırılır.