Bank Of Baku

ABŞ və İsrailin birgə hərbi təlimləri təxirə salınıb

ABŞ və İsrailin birgə hərbi təlimləri təxirə salınıb
# 16 yanvar 2012 12:29 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. ABŞ və İsrail İranla problemi daha da kəskinləşdirməmək üçün birgə keçirməyi planlaşdırdıqları hərbi təlimləri yay aylarına qədər təxirə salmağı qərara alıblar. APA-nın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, “Austere Challenge 12” adlı təlimlərdə İran və ya digər potensial düşmən tərəfindən İsrailə atılacaq raketlərin qarşısının alınması planı sınaqdan keçiriləcəkdi. Təlimlərdə bir neçə min ABŞ əsgəri iştirak etməli idi.

İsrail Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərin təxirə salınması ABŞ-la hələ müzakirə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR