Bank Of Baku

İran dəniz patrul təyyarələri istehsal edib

İran dəniz patrul təyyarələri istehsal edib
# 16 yanvar 2012 16:17 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran dəniz patrul təyyarələri istehsal edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın müdafiə naziri, general Əhməd Vəhidi bildirib. O deyib ki, təyyarə yaxın günlərdə keçiriləcək “Şəfəqdə on gün” hərbi təlimləri zamanı ictimaiyyətə tanıdılacaq: “Bu təyyarələr uzun müddət havada manevr etmək qabiliyyətinə malikdir, həmçinin müasir müşahidə sistemləri ilə təchiz olunub. Bundan başqa, təyyarələr yük, silah-sursat boşalda və hədəfləri düzgün müəyyənləşdirə bilir. Patrul təyyarələri İranın su akvatoriyasını nəzarət altında saxlayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR