Bank Of Baku

İran vurduğu pilotsuz casus təyyarəsini ABŞ-a göndərəcək

İran vurduğu pilotsuz casus təyyarəsini ABŞ-a göndərəcək
# 17 yanvar 2012 17:01 (UTC +04:00)
Xəbərdə oyuncağın təyyarənin gerçək böyüklüyünün 1/80-i qədər olacağı və onun İranda təxminən 70 min riala satılacağı bildirilib. İran dövlət radiosu həmçinin oyuncağın ABŞ-ın təyyarəni geri istəməsi tələbinə cavab olaraq Ağ Evə göndəriləcəyini vurğulayıb.

Qeyd edək ki, ötən ilin dekabrında İran Silahlı Qüvvələri ölkənin şərqində, Əfqanıstan sərhədindən təxminən 225 km içəridə, Kaşmar şəhəri yaxınlığında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsini ələ keçirib. Bir müddət sonra İran dövlət televiziyası təyyarənin videogörüntüsünü nümayiş etdirib. ABŞ prezidenti Barak Obama da İrandan təyyarəni geri qaytarmasını tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR