Bank Of Baku

İranda tələbəyə ölüm hökmü verilib

İranda tələbəyə ölüm hökmü verilib
# 18 yanvar 2012 02:11 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda porno saytlar açmaqda və istifadə etməkdə təqsirləndirilən tələbə edama məhkum edilib. APA-nın məlumatına görə, Kanadada təhsil alan və bir müddət orada yaşayan İran vətəndaşı Səid Məlikpur 2008-ci il oktyabrın 18-də ölkəsinə daxil olarkən həbs edilib. Kompyuter proqramçısı olan Səid Məlikpur porno saytlar açmaqda, onlardan bir neçəsinin üzvü olmaqda, islam dininə və İran dövlətinə qarşı fəaliyyətdə, İran prezidentini təhqir etməkdə təqsirləndirilib. Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində mühakimə edilən tələbə barəsində edam hökmü çıxarılıb. Səid Məlikpur qərardan apellyasiya şikayəti versə də, etirazı təmin edilməyib. Artıq İran Ali Məhkəməsi də hökmü təsdiqləyib və bir neçə gün ərzində qərar icra olunacaq.
Qeyd edək ki, Səid Məlikpur ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. Ailəsinə yazdığı məktubda bəzi ittihamları işgəncələr altında etiraf etməyə məcbur qaldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR