Bank Of Baku

Neytrallar Hərəkatı ABŞ-ın İran hava məkanını pozmasını pisləyib

Neytrallar Hərəkatı ABŞ-ın İran hava məkanını pozmasını pisləyib
# 18 yanvar 2012 11:34 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Dünyanın 120-dən çox ölkəsini birləşdirən Neytrallar Hərəkatı ötən il dekabrın 4-də İran hava məkanının ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsi tərəfindən pozulmasını pisləyib. APA-nın məlumatına görə, təşkilatın yaydığı bəyanatda bu addım beynəlxalq qanunlara zidd bir hərəkət kimi qiymətləndirilib. Eyni zamanda sənəddə bu fakt Neytrallar Hərəkatı ölkələrinin Havana şəhərindəki XIV yığıncağında təsdiqlədiyi və 2009-cu ildə Şarm-əş Şeyxdə XV yığıncaqda qəbul olunmuş qaydaların pozulması cəhdi kimi xarakterizə edilib.

Qeyd edək ki, bu bəyanat İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzainin qurumun hazırkı rəhbəri, Misirin xarici işlər naziri Məhəmməd Kamil Əmrə göndərdiyi məktubdan sonra qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR