Bank Of Baku

Vaşinqton Tehrana birbaşa danışıqlar təklif edib

Vaşinqton Tehrana birbaşa danışıqlar təklif edib
# 18 yanvar 2012 21:57 (UTC +04:00)
Bakı-APA. Ağ Ev İrana birbaşa danışıqlar aparmağı təklif edir, eyni zamanda İrana Hörmüz boğazını bağlamağın mənfi nəticələrə gətirəcəyi barədə xəbərdarlıq edir. ABŞ prezidenti Barak Obamanın İran İslam Respublikasının dini lideri ayətulla Əli Xameneyiyə göndərdiyi məktubda belə deyilir.

Məktubun mətni barədə İran parlamentinin deputatı Əli Mütəhəri məlumat verib.

«Məktubda Obama İranı birbaşa danışıqlara çağırır. Lakin məktubun birinci hissəsi hədələrlə doludur. Dialoq təklifi ikinci hissədədir», deyə deputat bildirib. İran XİN rəsmi nümayəndəsi Ramin Mehmanpərəst məktubun alındığını təsdiq edib və bildirib ki, Ağ Evin təşəbbüsünə cavab variantları nəzərdən keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR