Bank Of Baku

İsrail hökuməti Fələstin parlamentinin spikerini həbs edib

İsrail hökuməti Fələstin parlamentinin spikerini həbs edib
# 20 yanvar 2012 02:57 (UTC +04:00)
Bakı-APA. İsrail hökuməti Fələstin parlamentinin spikeri, HƏMAS təşkilatından olan Əbdel-Əziz əd Düeyki həbs edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, parlamentin spikeri Qüdsün şimalında blok-posda, Hevron şəhərindəki evinə qayıdarkən həbs edilib.
Fələstin parlamentinin vitse-spikeri Əhməd Bahar bildirib ki, əd Düeykin həbs olunması Fələstin-İsrail sülh danışıqlarını zərbə altında qoyur. Əhməd Bahar Misiri və Ərəb dövlətləri liqasını Fələstin parlamentinin spikerinin azad edilməsinə köməklik göstərməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR