Bank Of Baku

İranda baş verən zəlzələdə dağıntı və xəsarət alanlar var

İranda baş verən zəlzələdə dağıntı və xəsarət alanlar var
# 20 yanvar 2012 16:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Yanvarın 19-da axşam saatlarında İranın Məşhəd şəhərində Rixter şkalası üzrə 5,5 bal gücündə zəlzələ baş verib. APA-nın məlumatına görə, Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 16:07 radələrində meydana gəldiyini və episentrinin Nişapur şəhərindən 10 kilometr aralıda, yerin 10,5 kilometr dərinliyində qeydə alındığını açıqlayıb.

Təkanlar 7 saniyə davam edib və bundan sonra daha 20 yüngül təkan olub. 30 binaya ciddi ziyan dəyib, 230 nəfər xəsarət alıb, onlarla adam sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR