Bank Of Baku

İranlı deputat: “Son iki ildə Obama Xamneyiyə 3 məktub göndərib”

İranlı deputat: “Son iki ildə Obama Xamneyiyə 3 məktub göndərib”
# 21 yanvar 2012 16:30 (UTC +04:00)
Hər üç məktubun da əsas qayəsi iki ölkə arasında müzakirələrin başlanması istəyi öz əksini tapıb”. APA-nın məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Zöhrə İlahiyan bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti 2009 və 2011-ci ildə də İranın ali dini liderinə məktub göndərib: “Bu da İranın beynəlxalq aləmdə yerinin və böyüklüyünün göstəricisidir. Xüsusilə bölgədə hazırkı şərtlər və Fars körfəzi üzərindəki hakimiyyət ABŞ rəsmilərinin və Barak Obamanın narahatlığına səbəb olub”.

Zöhrə İlahiyan əlavə edib ki, iranlı nüvə alimi Mustafa Əhmədi Rövşənin qətli ilə bağlı parlamentin insan haqları komitəsi, məhkəmə hakimiyyəti və kəşfiyyat orqanının iştirakı ilə iclas keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR