Bank Of Baku

İranda xarici valyutanın məzənnəsi yenə də kəskin artıb

İranda xarici valyutanın məzənnəsi yenə də kəskin artıb
# 22 yanvar 2012 01:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran hökumətinin bütün cəhdlərinə baxmayaraq, ölkədə xarici valyutanın məzənnəsi və qızılın qiyməti yenə kəskin surətdə artıb. APA-nın məlumatına görə, 2012-ci il yanvarın 21-də 1 ABŞ dolları 19 min İran rialına, 1 avro isə 25 min İran rialına dəyişdirilib. Həmçinin İranın “azadlıq baharı” adlı qızıl sikkəsinin qiyməti 9300 riala yüksəlib. İranın Mərkəzi Bankına sansksiya tətbiq edildikdən sonra hökumətin xarici valyuta və qızılın qiymətinin sabit saxlamaq üçün bütün cəhdləri nəticəsiz qalıb. Eyni zamanda ölkədə inflyasiyanın sürətlə artması da müşahidə olunur. İranda xüsusən də ərzaq məhsullarının qiyməti bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR