Bank Of Baku

İran sərhədçiləri altı pakistanlını öldürüblər

İran sərhədçiləri altı pakistanlını öldürüblər
# 27 yanvar 2012 12:43 (UTC +04:00)
Bakı-APA. İran sərhədçiləri ölkəyə qeyri-leqal yolla daxil olmağa çalışan 6 Pakistan vətəndaşını güllələyiblər. APA-nın məlumatına görə, Pakistandakı mənbələr Sansar kəndinin 8 sakininin qoyun otaran zaman təsadüfən İran ərazisinə daxil olduğunu, İran sərhədçilərinin dərhal atəş açaraq sakinlərdən altısını öldürdüyünü bildirir. Hazırda meyitlərin ailələrinə təhvil verilməsi üçün İran tərəfi ilə danışıqlar aparılır.

İki ölkənin sərhədində bu kimi insidentlər tez-tez baş verir. Yanvarın əvvəllərində Pakistan sərhədini keçən və avtomobilə atəş açaraq yerli sakini qətlə yetirən üç İran sərhədçisi həbs olunub. Sonra yerli qanunlara əsasən qanbahası ödəyən sərhədçilər sərbəst buraxılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR