Bank Of Baku

Suriyada daha 62 nəfər ölüb

Suriyada daha 62 nəfər ölüb
# 27 yanvar 2012 12:43 (UTC +04:00)
Bakı – APA. Yanvarın 26-da Suriyada hökumət əleyhinə kütləvi aksiya keçirən insanlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında baş vErən toqquşmalarda 62 nəfər ölüb. APA-nın “Franca-Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, bu məlumatı Londonda fəaliyyət göstərən suriyalı hüquq-müdafiəçiləri yayıb.

Ən gərgin vəziyyət ölkənin qərbindəki Xoms şəhərində yaranıb. Burada 33 dinc sakinin öldürüldüyü xəbər verilir. Onlardan 9-u uşaqdır.

Xatırladaq ki, Suriyada 10 aydır rejim əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. Müxalifət prezident Bəşər Əsədin istefasını tələb edir. Bu müddətdə ölkədə ölənlərin ümumi sayı 5 mini ötüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR