Bank Of Baku

Suriyada davam edən toqquşmalarda daha 60 nəfər ölüb

Suriyada davam edən toqquşmalarda daha 60 nəfər ölüb
# 28 yanvar 2012 11:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Suriyada ötən gün baş verən toqquşma nəticəsində 60 nəfər dünyasını dəyişib.

APA-nın məlumatına görə, dünən hökumət qüvvələri ilə qiyamçılar arasında baş verən qarşıdurmada 60 nəfər dünyasını dəyişib. Yerli hüquq-müdafiəçilərinin bildirdiyinə görə, toqquşmalar Homs şəhərində və ətraf qəsəbələrdə qeydə alınıb. Dünyasını dəyişən vətəndaşlar arasında uşaqlar, qadınlar da olub.

Suriyanın Nova əyalətində toqquşmalar zamanı dünyasını dəyişən yerli sakinin dəfni zamanı isə hərbçilərin açdığı atış nəticəsində 11 nəfər ölüb.

Bununla yanaşı Suriyanın dövlət televiziya kanalı isə Dəməşq və Homsda naməlum bir qrup tərəfindən hüquq-mühafizə orqanlarına və mülki şəxslərə atəş açıldığı haqda xəbərlər də yayıb. Məlumatda o da qeyd olunub ki, ölənlər arasında 10 yaşlı uşaq və polis zabiti də var.

Qeyd edək ki, artıq 10 aydır Suriyada hökumət əleyhinə aksiyalar davam edir. BMT-nin hesabatına görə, bu müddət ərzində Suriyada baş verən qarşıdurmalarda ölənlərin sayı 5 minə çatıb. Suriya hökuməti isə qarşıdurmalarda 2 min hərbçinin öldüyünü deyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR