Bank Of Baku

Əlaəddin Burucerdi: «Altılıq» İranı nüvə potensialı olan ölkə kimi tanımalı və müzakirələrə hazır olmalıdır»

Əlaəddin Burucerdi: «Altılıq» İranı nüvə potensialı olan ölkə kimi tanımalı və müzakirələrə hazır olmalıdır»
# 28 yanvar 2012 12:30 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. «İran hökuməti dinc məqsədli nüvə proqramı ətrafında yaranmış gərginliyin Rusiyanın «addım-addım» layihəsi çərçivəsində öz mənafeyinə uyğun olaraq aradan qaldırılması üçün «altılıq» ölkələri ilə müzakirələrə hazırdır». APA-nın məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri, millət vəkili Əlaəddin Burucerdi bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran yalnız Rusiya təşəbbüskar qismində çıxış edəcəyi təqdirdə bu layihənin icrasına razılıq verə bilər. Ə.Burucerdi deyib ki, İranla müzakirələr təkliflər paketi və regional məsələlər planına görə icra edildiyi təqdirdə müvəffəqiyyətli olacaq. Millət vəkili ölkəsinin nüvə fəaliyyətini şəffaflaşdırmaq üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığına da işarə edərək «altılıq» ölkələrinə İranı nüvə potensialı olan ölkə kimi tanımağı və Tehranla müzakirələrə hazır olmağı tövsiyə edib.

Ə.Burucerdi İranın dinc məqsədli nüvə texnologiyasına sahib olmaq haqqı üçün Avropa Birliyi ilə müzakirələrə hazır olduğunu deyərək «altılıq»la müzakirələrin təyin olunan vaxtda İstanbulda aparılacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR