Bank Of Baku

İranın cənubunda yeni vilayət yaradılır, İranla BƏƏ arasında mübahisəli ərazi olan üç ada həmin əyalətin tərkibinə daxil edilir

İranın cənubunda yeni vilayət yaradılır, İranla BƏƏ arasında mübahisəli ərazi olan üç ada həmin əyalətin tərkibinə daxil edilir
# 24 aprel 2012 13:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın cənubunda yeni vilayət yaradılır. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İran parlamentinin şuralar və daxili siyasət komissiyasının üzvü Vəli İsmaili bildirib.

Onun sözlərinə görə, Fars körfəzi adı veriləcək əyalətin tərkibinə İranla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında mübahisəli ərazi olan Əbu Musa, Böyük və Kiçik Tonb adaları, eyni zamanda Kiş və Kəşm adaları, Sirik, Ləngi və Lavan limanları daxil ediləcək: “Vilayətin mərkəzi isə Bumusa olacaq. Yəni İran parlamenti Əbu Musa adını Bumusaya dəyişdirməyi nəzərdə tutur. Çünki Əbu Musa qondarma addır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR