Bank Of Baku

Bir aya Suriyada BMT-nin hərbi müşahidəçilərinin sayı 100 nəfərə çatdırılacaq

Bir aya Suriyada BMT-nin hərbi müşahidəçilərinin sayı 100 nəfərə çatdırılacaq
# 25 aprel 2012 04:47 (UTC +04:00)
Bakı-APA. Hal hazırda BMT-nin 11 hərbi müşahidəçisi Suriyadadır. Onlardan ikisi Xoms şəhərində, daha ikisi Xamadadır.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Susan Rays bildirib.
O deyib ki, bu həftənin sonuna qədər BMT-nin Suriyada atəşkəs rejimə riayət edilməsinə ilə bağlı müşahidəçi missiyası tam fəaliyyətə başlamalıdır. Aprelin 30-da müşahidəçilərin sayı 30 nəfərə, mayın sonuna kimi 100 nəfərə çatdırılmalıdır. Suriya hökuməti bir müşahidəçiyə ölkədə daxil olmasına icazə verməyib. Rəsmi Dəməşq müxalifəti dəstəkləyən “Suriyanın dostları” qrupuna daxil olan ölkələrdən müşahidəçilərin gəlməsinə qarşı çıxış edir. Rays deyib ki, BMT-nin nöqtəyi nəzərindən bu tamamilə qəbul olunmazdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR