Bank Of Baku

Bu il Hindistanda “donuz qripi”ndən ölənlərin sayı 57 nəfərə çatıb

Bu il Hindistanda “donuz qripi”ndən ölənlərin sayı 57 nəfərə çatıb
# 25 aprel 2012 08:06 (UTC +04:00)
Bakı-APA. Hindistanda “donuz qripi”ndən ölənlərin sayı 57 nəfərə çatıb. APA-nın məlumatına görə, ölkənin səhiyyə naziri Qulam Nəbi Azad bildirib ki, epidemiyadan ən çox zərərçəkən Maxaraştra ştatında qeydə alınıb, burada “donuz qripi”nə yoluxan 463 nəfərdən 20-si dünyasını dəyişib. Artıq ölkənin bütün səhiyyə müəssisələri epidemiyanın qarşısının almaq üçün hazır vəziyyətə gətirilib. Qeyd edək ki, sonuncu dəfə “donuz qripi”nin geniş yayılması 2009-cu ildə qeydə alınıb. O zaman genetik baxımdan “donuz qripi”nə çox oxşayan H1N1 virusu epidemiyaya səbəb olub. İlk dəfə Meksikada qeydə alınan bu virus sonradan dünyanın bir çox ölkələrində aşkarlanıb. Həmin il Hindistanda “donuz qripi”ndən 450 nəfər ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR