Bank Of Baku

Ermənilərin Türkiyənin İrandakı səfirliyi qarşısında aksiya keçirməsinin qarşısı alınıb

Ermənilərin Türkiyənin İrandakı səfirliyi qarşısında aksiya keçirməsinin qarşısı alınıb
# 25 aprel 2012 10:34 (UTC +04:00)
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, İran hüquq-mühafizə qüvvələri icazəsiz aksiyanın qarşısını alıb. Bundan sonra ermənilər Tehranın Kərimxan prospektindəki kilsədə toplaşaraq, uydurma “soyqırımı” haqqında və Türkiyə əleyhinə müxtəlif şüarlar səsləndiriblər.

Qeyd edək ki, Tehranda yaşayan ermənilər hər il aprelin 24-də Türkiyənin İrandakı səfirliyinə doğru yürüş-mitinq keçirmək üçün İranın Daxili İşlər Nazirliyinə müraciət edirlər. Lakin onların belə böyük aksiya keçirməsinə icazə verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR