Bank Of Baku

İran parlamentinin komissiya sədri NATO radarının Türkiyədə yerləşdirilməsini tənqid edib

İran parlamentinin komissiya sədri NATO radarının Türkiyədə yerləşdirilməsini tənqid edib
# 25 aprel 2012 12:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Bürucerdi Türkiyənin bu ölkədəki səfiri Ümid Yardımla görüşüb. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, iranlı deputat türkiyəli diplomata bir daha ölkəsinin narazılığını çatdırıb və NATO-nun raket əleyhinə müdafiə sisteminin bir elementinin Türkiyənin Malatya vilayətində yerləşdirilməsini tənqid edib: “İki ölkə arasındakı qardaşlıq münasibətini zədələyəcək rəftardan qaçmaq lazımdır”.

Ə. Bürucerdi İranla Türkiyə arasında siyasi, iqtisadi və mədəni sahələrdə mövcud olan əlaqələrin daha da gücləndirilməsinin və dərinləşdirilməsinin vacib olduğunu da vurğulayıb: “Bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsi bölgə ölkələrinin əməkdaşlığına bağlıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR