Bank Of Baku

İran Hərbi Dəniz Donanmasının komandanı: “Fars körfəzindəki ABŞ donanması “Sepah”ın ciddi nəzarəti altındadır”

İran Hərbi Dəniz Donanmasının komandanı: “Fars körfəzindəki ABŞ donanması “Sepah”ın ciddi nəzarəti altındadır”
# 26 aprel 2012 09:03 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Fars körfəzində yerləşdirilən ABŞ donanması “Sepah”ın nəzarəti altındadır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Hərbi Dəniz Donanmasının komandanı, admiral Əli Fədəvi deyib. O bildirib ki, İranın dəniz qüvvələri 20 ildən çoxdur dini vəzifəsini yerinə yetirir və çox böyük uğurlar əldə edib: “Fars körfəzindəki ABŞ hərbi qüvvələri İran İslam İnqilabı Keşikçilər Korpusunun ciddi nəzarəti altındadır. Bunu ABŞ hökuməti özü də etiraf edir. İran əsgərlərinin hərbi qabiliyyəti gündən günə təkmilləşir. Bu gün ölkəmizin elm adamlarının sayəsində İranın başqa ölkələrdən asılılığı mərhələ-mərhələ azalır”.

Ə. Fədəvi əlavə edib ki, İranda islam inqilabından sonra baş verən hadisələr ilahi vədlərin tədricən həyata keçdiyini göstərir: “Allahın vədi qəti və şübhəsizdir. Lakin şübhəsiz olanların gerçəkləşməsi qulların nümayiş etdirdiyi davranışlara bağlıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR