Bank Of Baku

Yəməndə qaz kəməri partladılıb

Yəməndə qaz kəməri partladılıb
# 27 aprel 2012 02:52 (UTC +04:00)
Bakı-APA. Yəmənin cənub-şərqindəki Şabva əyalətindən keçən qaz kəməri partladılıb.
APA-nın verdiyi xəbərə görə, ehtimal olunur ki, partlayışı Əl-Qaidə terror təşkilatı ilə əlaqədə olan döyüşçülər törədib.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Bir həftə bundan əvvəl Yəmən DİN-i Əl-Qaidə döyüşçülərinin ölkənin cənubunda terror aktları hazırlaması barədə xəbərdarlıq edib. Bununla bağlı bəzi sənaye obyektlərinin mühafizəsi gücləndirilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR