Bank Of Baku

Hindistanda casusluq fəaliyyəti ilə məşğul olan İran vətəndaşı deportasiya edilib

Hindistanda casusluq fəaliyyəti ilə məşğul olan İran vətəndaşı deportasiya edilib
# 27 aprel 2012 14:22 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Hindistanda casusluq edən İran vətəndaşı deportasiya edilib. APA-nın məlumatına görə, bu barədə “Puna Mirror” qəzeti xəbər yayıb. Hindistana tələbə qismində gələn Həmid Kəşküli Puna şəhərində yerləşən İsraillərə aid obyektləri, yəhudi dini mərkəzini, eləcə də şəhərdə yaşayan yəhudiləri izləyib. Şübhəli davranışlarına görə Puna polisləri tərəfindən saxlanılan H. Kəşkülinin İrana casusluq etdiyi məlum olub. İstintaqa cəlb olunan casusun yəhudilər haqqında məlumatlar əldə edərək foto və məktublarla Tehranda fəaliyyət göstərən kəşfiyyatçılara ötürdüyü öyrənilib. Yeni Dehli və başqa şəhərlərlə də əlaqəsi olan H. Kəşkülinin casusluq etməsi ilə bağlı dəlillər əldə edəndən sonra ölkədən deportasiya olunub. Hadisə təxminən 1 ay əvvəl baş versə də, xəbər aprelin 26-da Hindistanın yerli mətbuatında yayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR