Bank Of Baku

ABŞ İrana kompromis variant kimi uranı 5 faizədək zənginləşdirmək təklifi verməyə hazırlaşır

ABŞ İrana kompromis variant kimi uranı 5 faizədək zənginləşdirmək təklifi verməyə hazırlaşır
# 28 aprel 2012 07:11 (UTC +04:00)
Bakı-APA. ABŞ hakimiyyəti İrana nüvə proqramını kompromis şərtlərlə həyata keçirməyi təklif etmək niyyətindədir. APA-nın məlumatına görə, bu barədə Los Angeles Times Obama administrasiyasındakı mənbəyə istinadən xəbər yayıb. İran beynəlxalq ekspertlərə öz nüvə obyektlərində daimi və qeyri-məhdud müşahidələrə aparmağa razılıq versə, Vaşinqton İranın uranı 5 faizədək zənginləşdirməsinə razılaşa bilər. Qəzet qeyd edir ki, amerikalı diplomatlar Tehranın heç bir halda uranın zənginləşdirilməsi proqramından tam imtina etməyəcəyini, bununla bağlı müvafiq razılaşmanın əldə olunmamasının isə hərbi münaqişəyə gətirib çıxaracağını düşünürlər. Lakin Obama administrasiyasının Tehrana irəli sürməyə hazırlaşdığı bu təkliflər həm Konqresdə, həm də İsrail rəhbərliyində narazılıqla qarşılana bilər. Hazırda iranlı alimlər uranı 20 faizədək zənginləşdirmək imkanına malikdirlər. Urandan atom bombası düzəltmək üçün uranı 90 faizədək zənginləşdirmək lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR