Bank Of Baku

Səudiyyə Ərəbistanı Misirdə səfirliyini və konsulluğunu bağlayır

Səudiyyə Ərəbistanı Misirdə səfirliyini və konsulluğunu bağlayır
# 28 aprel 2012 17:40 (UTC +04:00)
Bakı-APA. Səudiyyə Ərəbistanı Misirdəki səfirini geri çağırıb və bəyan edib ki, bu ölkədə səfirliyini və konsulluğunu bağlayacaq.
APA-nın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, bu qərar Qahirədə Səudiyyə Ərəbistanı səfirliyinin qarşısında keçirilən etiraz aksiyası zamanı etirazçıların səfirliyin binasına daxilolmaları cəhdindən sonra qəbul olunub.
Bir qədər əvvəl misirlilər səfirliyin qarşısında tanınmış Misir vəkili və hüquq müdafiəçisi Əhməd əl Qəzauini Səudiyyə Ərəbistanda həbs olunması ilə bağlı etiraz aksiyası keçiriblər. Etirazçıların sözlərinə görə Əhməd əl Qəzaui “Səudiyyə kralını təhqir etməsinə görə həbs olunub”. O Misir vətəndaşlarını Səudiyyə həbsxanalarında işgəncə verilməsinə görə bu ölkənin hakimiyyətini sərt tənqid edirdi. Əhməd əl Qəzaui Həcc ziyarətinə gedərkən Ciddə hava limanında həbs olunub. Səudiyyə məhkəməsi onu 1 il azadlıqdan məhrum etmə və 20 şallaq zərbəsinə məhkum edib.
Öz növbəsində Səudiyyə tərəfi bildirib ki, Əhməd əl Qəzaui ölkəyə narkotik vasitə keçirməyə cəhd edərkən həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR