Bank Of Baku

Əli Laricani: “Bəzi Qərb ölkələri İranla bölgə ölkələri arasında ixtilaf və toqquşmalar yaratmaq üçün ssenarilər hazırlayırlar

Əli Laricani: “Bəzi Qərb ölkələri İranla bölgə ölkələri arasında ixtilaf və toqquşmalar yaratmaq üçün ssenarilər hazırlayırlar
# 29 aprel 2012 01:55 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran xalqının haqlarını bölgədə və dünyada müdafiə etməkdə qərarlıyıq”. APA-nın məlumatına görə, bunu İran parlamentinin spikeri Əli Laricani deyib. O bildirib ki, əcnəbilərin İran torpaqlarına ən kiçik hücumuna belə icazə verilməyəcək: “Bəzi Qərb ölkələri İranla bölgə ölkələri arasında ixtilaf və toqquşmalar yaratmaq üçün ssenarilər hazırlayırlar. Biz onlardan gözlənilən zərərin qarşısını almağa çalışırıq. Ümid edirik ki, xalqlar oyanıb düşmənlərin oyunlarına alət olmayacaqlar”. Ə. Laricani əlavə edib ki, düşmənlərin İrana qarşı təxribatlarını zərrəsizləşdirmək vacib məsələdir: “Fars körfəzini uydurma isimlərlə adlandırmağa çalışanlar var. İran tarixindəki sənədlərdə bu ərazi “Fars körfəzi və ona aid adalar” olaraq qeyd edilib. Bunu isbat edən kifayət qədər sənəd və dəlil var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR