Bank Of Baku

İran İraqda minlərlə ev və məktəb inşa edəcək

İran İraqda minlərlə ev və məktəb inşa edəcək
# 30 aprel 2012 08:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran İraqda 2 minə yaxın ev və 3 minə yaxın məktəb inşa edəcək. APA-nın məlumatına görə, bunu İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi bildirib. Onun sözlərinə görə, bununla bağlı İraqın baş naziri Nuri əl-Malikinin İrana səfəri çərçivəsində hər iki ölkə arasında müqavilə imzalanıb. M. Rəhimi bu məsələ ilə bağlı yaxın günlərdə İranın yol və şəhərsalma nazirinin İraqa səfər edəcəyini də vurğulayıb.

Qeyd edək ki, İranın birinci vitse-prezidenti 2012-ci il 30 aprel – 1 aprel tarixlərində Beyrut şəhərində keçiriləcək yığıncaqda iştirak etmək üçün Livana səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR