Bank Of Baku

İran yeni nəsil təyyarə istehsal edib

İran yeni nəsil təyyarə istehsal edib
# 30 aprel 2012 08:38 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran “Saika” adlı yeni nəsil təyyarə istehsal edib. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran Hərbi-Hava Qüvvələrinin koordinatorunun müavini, general-mayor Əziz Nasirzadə bildirib.

Onun sözlərinə görə, hazırda İran Müdafiə Nazirliyinin dəstəyi ilə raketlərin mənzillərinin artırılması, hava-hava raketlərinin inkişaf etdirilməsi, radar mənzillərinin artırılması, elektronik döyüş, ağıllı sursat və təyyarələrin elektronik sistemlərinin inkişaf etdirilməsi və s. layihələr həyata keçirilir.

Ə. Nasirzadə həmçinin əlavə edib ki, İran Hərbi-Hava Qüvvələri 2012-ci il müxtəlif manevrlər təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR