Bank Of Baku

Suriyada kəşfiyyat orqanlarına məxsus binalarda törədilən partlayışlarda 20-dən çox adam ölüb

Suriyada kəşfiyyat orqanlarına məxsus binalarda törədilən partlayışlarda 20-dən çox adam ölüb
# 30 aprel 2012 12:20 (UTC +04:00)
Bakı – APA. Suriyanın İdlib şəhərində hərbi kəşfiyyat və Hərbi Hava Qüvvələrinin kəşfiyyat xidmətinə məxsus binalarda törədilən partlayışlarda 20-dən çox adam ölüb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərdən çoxu adı çəkilən strukturların əməkdaşlarıdır.

Olayla əlaqədar ziddiyyətli xəbərlər yayılır. Suriyanın rəsmi dövlət agentliyi SANA 8 nəfərin öldüyü, onlarla adamın yaralandığı haqda informasiya yayıb. Yerli xəbər agentliklərindən biri isə 52 nəfərin öldüyünü bildirib. Terror aktlarını kamikadzelərin törətdiyi güman olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR