Bank Of Baku

İranda 4 nəfər edam edilib

İranda 4 nəfər edam edilib
# 30 aprel 2012 14:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Şahrud şəhərində 4 nəfər edam olunub. APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən şəxslər Şahrud inqilab məhkəməsinin qərarı ilə ölüm hökmünə məhkum edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra bu gün səhər saatlarında yerinə yetirilib.

Qeyd edək ki, İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR