Barak Obama Əfqanıstana səfər edib
01 may 2012 22:05 (UTC +04:00)
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, səfər Əl-Qaidə lideri Üsama Bin Ladenin öldürülməsinin birinci ildönümünə təsadüf edir.
Obama NATO-nun döyüş qüvvələrinin 2014-cü ildə Əfqanıstanı tərk etməsindən sonra strateji əməkdaşlıq razılığı imzalamalıdır. Görüşdən sonra ABŞ dövlət başçısı Amerika xalqına müraciət etməlidir.
Üsama Bin Laden 2011-ci ilin may ayının 2-də öldürülüb. İllərlə sürən axtarışdan sonra o, Pakistanın Abbotabad şəhərində aşkar edilib.