Bank Of Baku

Kreml ABŞ-ı Ukrayna münaqişəsinin həllində tamamilə neytral vasitəçi hesab etmir

Kreml ABŞ-ı Ukrayna münaqişəsinin həllində tamamilə neytral vasitəçi hesab etmir
# 26 iyun 2026 14:02 (UTC +04:00)

ABŞ-ın Ukrayna münaqişəsində tamamilə neytral olduğunu demək olmaz.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun Avropa İttifaqı və Ukraynaya təsiri və Trampın sülh yolu ilə həllə kömək etmək üçün səmimi istəyi nəzərə alınmaqla, ABŞ-ın Ukrayna münaqişəsində tamamilə neytral olduğunu demək olmaz.

Peskov vurğulayıb ki, Rusiya ABŞ-ın Ukraynadakı vəziyyətin həllinə kömək etmək istəyini yüksək qiymətləndirir: “Hələlik heç kim bundan imtina etməyib”.

Putinin sözçüsü Kremlin ABŞ-dan Vaşinqtonun artıq Ukraynada neytral vasitəçi olmadığını təsdiqləyən heç bir açıqlama eşitmədiyini də vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR