Bank Of Baku

İsrail prezidenti: “İranın Yaxın Şərqdə hakim olmasına imkan verə bilmərik”

İsrail prezidenti: “İranın Yaxın Şərqdə hakim olmasına imkan verə bilmərik”
# 05 may 2012 11:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın hərbi obyektlərinə hücum etməzdən əvvəl bu barədə ətraflı düşünülməlidir”. APA-nın məlumatına görə, bu barədə İsrail prezidenti Şimon Peres İranın nüvə proqramı ilə bağlı Kanadanın “Globe and mail” qəzetinə verdiyi müsahibəsində deyib. O bildirib ki, hərbi əməliyyatdan sonrasını da düşünmək lazımdır: “Fərz edək ki, hansısa ölkə İrana hücum etmək istəyir. Deyək ki, bunu etdi, bəs sonrası necə olacaq? Bəzilərin fikrinə görə, İrana qarşı hərbi əməliyyat Tehranı 2-3 il zəiflədəcək. Bu nəticə yetərli deyil”.

Ş. Peres əlavə edib ki, İranın nüvə məsələsi tək İsrail üçün deyil, ABŞ da daxil omaqla bütün dünya üçün qarşıda duran problemdir: “Biz İranı Yaxın Şərqə hakim edəcək vəziyyətin qarşısını almalıyıq. Buna imkan verə bilmərik. Bu məsələnin həllinə hərbi yolla deyil, Tehrana qarşı iqtisadi və siyasi təzyiqlər vasitəsiylə başlanılmalıdır. Lakin əgər bu təsirlər lazımi nəticə verməsə, başqa yollar da tətbiq olunmalıdır. Həmçinin Tehranın nüvə təhlükəsini aradan qaldırmaq üçün ölkələrin koalisiyasını da yaratmaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR