İranda keçirilən parlament seçkilərində seçilən 290 millət vəkilindən 9-u qadındır
06 may 2012 04:28 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda mayın 4-də keçirilən IX çağırış parlament seçkilərinin ikinci turunda qalib gələn namizədlərin adları elan edilib. APA-nın məlumatına görə, bu barədə İran Seçki Qərargahı açıqlama verib. Bildirilib ki, ikinci turda 135 namizədin mübarizə apardığı 65 yer üçün millət vəkilləri seçilib. Tehran vilayətindən 25 millət vəkili seçilib. Onlardan 4-ü qadındır. İkinci turda paytaxtda ən çox səs toplayan Bijan Nobave Vatan olub. O 491799 seçicinin səsini qazanıb. IX çağırış parlament seçkilərinin birinci turda 225, ikinci turda isə 65 millət vəkili seçilib. Ümumilikdə, seçilən 290 deputatdan 9-zu qadındır. İran Seçki Qərargahından o da bildirilib ki, seçkilərlə bağlı şikayəti olan namizədlər 2 gün ərzində quruma müraciət edə bilərlər.
Asiya
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
19:38
17 may 2024
İsrail ordusu Qəzzanın Cəbəliyə bölgəsində şiddətli döyüşlərin getdiyini açıqlayıb
14:29
17 may 2024
Malayziyada Əl-Qaidə ilə əlaqəli şəxsin hücumu nəticəsində iki polis həlak olub
12:39
17 may 2024
Türkiyə SQ İraq və Suriyada 7 terrorçu zərərsizləşdirib
11:47
17 may 2024