İranda hava hücumundan müdafiə manevri keçiriləcək
03 sentyabr 2012 10:17 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. 21 sentyabr - 21 oktyabr tarixlərində İranda hava hücumundan müdafiə manevri keçiriləcək. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İranın “Xatəmül-ənbiya” hava hücumundan müdafiə qərargahının komandanı, general-mayor Fərzad İsmaili bildirib.
Onun sözlərinə görə, İran İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) ordu ilə birlikdə bütün hava hücumundan müdafiə sistemlərini istifadə etməklə hərbi təlim keçirəcək: “Manevrin məqsədi nüvə obyektlərini qorumaqdır. Çünki nüvə obyektləri bizim prioritetimizdir. Təlimdə hava hücumundan müdafiə sistemi ilə yanaşı, döyüş və bombardmançı reaktivlər də iştirak edəcək. Manevrdə böhran vəziyyətində idarəçilik qabiliyyətini sınaqdan keçirmək məqsədilə “gözlənilməz ssenarilər” də canlandırılacaq”.

Asiya
KİV: İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində üç nəfər ölüb
06:48
29 may 2024
İstanbulun üç körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO - VİDEO
23:01
28 may 2024
İran və Rusiya Təhlükəsizlik Şuralarının katibləri telefonla danışıb
15:27
28 may 2024
Məhəmməd Qalibaf yenidən İran parlamentinin sədri seçilib
10:08
28 may 2024