Böyük Britaniya, Fransa və Almaniya İrana qarşı sanksiyaların sərtləşdirilməsini tələb edirlər
08 sentyabr 2012 12:17 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Böyük Britaniya, Fransa və Almaniya İrana qarşı sanksiyaların sərtləşdirilməsini tələb ediblər. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, sentyabrın 7-də Cənubi Kiprdə Avropa Birliyi xarici işlər nazirlərinin ikigünlük toplantısı öz işinə başlayıb. Yığıncaqda Suriyadakı böhran və İranın nüvə proqramı müzakirəyə çıxarılıb. Almaniyanın xarici işlər naziri Gido Vestervelle və fransalı həmkarı Loran Fabius çıxışları zamanı İrana qarşı yeni sanksiyaların tətbiq edilməsinin vacib olduğunu vurğulayıblar. Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq isə jurnalistlərə açıqlamasında bildirib ki, İrana qarşı təzyiqlər və bu istiqamətdə sanksiyaların artırılması lazımdır.
Asiya
İrlandiya, Norveç və İspaniya səfirləri İsrail XİN-ə çağırılıb
13:45
22 may 2024
Xamenei Paşinyanı qəbul edib
13:08
22 may 2024
İsrail Norveç və İrlandiyadakı səfirlərini geri çağırır
11:02
22 may 2024
Yeni Kaledoniyada müstəqillik tərəfdarları ilə polis arasında toqquşmalar davam edir - VİDEO
10:01
22 may 2024