Bank Of Baku

İran prezidenti ABŞ-a səfər edəcək

İran prezidenti ABŞ-a səfər edəcək
# 10 sentyabr 2012 09:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran prezidenti Mahmud Əhmədinejad sentyabr ayında BMT Baş Assambleyasının 67-ci yığıncağında iştirak etmək üçün Nyu-Yorka gedəcək.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin baş direktoru Məhəmmədrza Furkani açıqlama verib. Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələ müəyyənləşməyib. Bu, İran prezidentinin ABŞ-a səkkizinci səfəri olacaq.

Qeyd edək ki, Çinin “Şinhua” xəbər agentliyi toplantının sentyabrın 18-də keçiriləcəyi ilə bağlı məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR