Bank Of Baku

İran parlamentinin sədri Kanadaya getməkdən imtina edib

İran parlamentinin sədri Kanadaya getməkdən imtina edib
# 10 sentyabr 2012 09:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran parlamentinin sədri Əli Laricani Kanada səfərini ləğv edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, buna səbəb Kanadanın İranla diplomatik əlaqələrini dondurmasıdır.

Qeyd edək ki, bu ilin oktyabrında Kanadada parlament sədrlərinin iştirakı ilə sammit keçiriləcək. İran tədbirdə Əli Laricaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmalı idi.

Sentyabrın 7-də Kanada İranla diplomatik münasibətlərini dondurduğunu açıqlayıb. Bunun üçün Kanada ilkin addım olaraq İrandakı səfirliyini bağlayıb və bütün iranlı diplomatlara Ottavanı tərk etmələri üçün 5 gün vaxt verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR