Bank Of Baku

İranın xarici işlər naziri zəlzələ bölgəsində olub

İranın xarici işlər naziri zəlzələ bölgəsində olub
# 10 sentyabr 2012 11:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi Şərqi Azərbaycan vilayətinin zəlzələdən zərər çəkmiş kəndlərinə səfər edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, səfərlə bağlı İran XİN-nin mətbuat katibi Ramin Mehmanpərəst açıqlama verib. O bildirib ki, Ə. Ə. Salehi zəlzələdən zərər çəkənlərə ayrılan dövlət yardımı ilə yaxından maraqlanmaq üçün bölgəyə gedib: “Nazir Qoşulmama Hərəkatının Tehranda keçirilən zirvə toplantısı ilə məşğul olduğu üçün zəlzələ bölgəsinə səfər edə bilməmişdi. Lakin sammitdən sonra fürsət tapıb Şərqi Azərbaycan vilayətinə yollandı. Əslində Xarici İşlər Nazirliyinin əsas vəzifəsi xarici məsələlərlə maraqlanmaqdır. Lakin bu nazirlik də xalqın bir parçası olduğu üçün zəlzələdən zərər çəkənlərin problemlərinin həllinə yardım etməyə çalışır”.

Qeyd edək ki, avqustun 11-də İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Rəsmi rəqəmlərə görə, 306 nəfər ölüb, 3037 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR