Bank Of Baku

Kanadanın baş naziri: “Tehrandakı səfirliyimizin bağlanma səbəblərini hazırda açıqlaya bilmərəm”

Kanadanın baş naziri: “Tehrandakı səfirliyimizin  bağlanma səbəblərini hazırda açıqlaya bilmərəm”
# 10 sentyabr 2012 12:40 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Kanadanın Tehrandakı səfirliyini bağlamasına qarşı İran rəsmilərinin göstərdiyi reaksiyalar məni təəccübləndirmir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Rusiyada səfərdə olan Kanadanın baş naziri Stefan Harper deyib.

Jurnalistlərin suallarını cavablandıran S. Harper səfirliyin bağlanma səbəbi ilə bağlı məlumat verməyib: “Tehrandakı səfirliyimizi hansı səbəblərə görə bağladığımızı hazırda açıqlaya bilmərəm. Lakin onu deyə bilərəm ki, öz müttəfiqlərimiz vasitəsi ilə İranda həbsdə olan 3 Kanada vətəndaşının sərbəst buraxılması üçün bütün imkanlardan istifadə edəcəyik”.

Qeyd edək ki, sentyabrın 7-də Kanada İranla diplomatik münasibətlərini dondurduğunu açıqlayıb. Bunun üçün Kanada ilkin addım olaraq İrandakı səfirliyini bağlayıb və bütün iranlı diplomatlara Ottavanı tərk etmələri üçün 5 gün vaxt verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR