Bank Of Baku

İran AEBA qarşısında iki şərt irəli sürüb

İran AEBA qarşısında iki şərt irəli sürüb
# 11 sentyabr 2012 02:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) irəli sürdüyü tələblərlə razılaşmaq üçün şərtlərini açıqlayıb. APA-nın İRNA-ya istinadən məlumatına görə, İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə bildirib ki, rəsmi Tehran milli təhlükəsizlik məsələsi və iddia edilən sənədlərin təslim olunması kimi iki şərti yerinə yetirilərsə, AEBA-nın tələbləri ilə razılaşa bilər: “Əgər agentlik lazımi cavab verməsə, düşünülən çərçivədə uzlaşma da olmayacaq”.
Qeyd edək ki, AEBA-nın icraçı direktoru Yukiya Amano sentyabrın 10-da agentliyin İdarə Heyətinin iclasında çıxışı zamanı bildirib ki, İranın Parçin hərbi-sənaye kompleksində nüvə silahının hazırlanmasıyla bağlı partlayıcı qurğuların sınağının keçirilə biləcəyini ehtimal edirlər: “Bu baxımdan İran yubanmadan AEBA müşahidəçilərini kompleksə buraxmalıdıır”. Yukiya Amano deyib ki, son zamanlar Parçin hərbi-sənaye kompleksinin ərazisində aparılan təmizləmə işləri AEBA ekspertlərinin effektiv araşdırma aparmasına da mane olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR