Bank Of Baku

Mahmud Əhmədinejad: “11 sentyabrı bəhanə edərək ABŞ-ın İraqa və Əfqanıstana hücum etməsi nəticəsində 1 milyondan çox insan öldürüldü”

Mahmud Əhmədinejad: “11 sentyabrı bəhanə edərək ABŞ-ın İraqa və Əfqanıstana hücum etməsi nəticəsində 1 milyondan çox insan öldürüldü”
# 11 sentyabr 2012 10:30 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “ABŞ 11 sentyabr bəhanəsi ilə İraq və Əfqanıstana hücum etdi, bu ölkələrdə 1 milyondan çox insan öldürüldü” . APA-nın İRNA-ya istindən verdiyi məlumata görə, bunu İran prezidenti Mahmud Əhmədinejad deyib. O bildirib ki, 11 sentyabr hadisəsində 3 min nəfərin ölümünə hər kəs üzülüb: “Bu hadisədən hər kəs narahat oldu və həyatlarını itirən ailələrin acısını paylaşdı. Lakin 11 sentyabrı bəhanə edərək ABŞ-ın İraqa və Əfqanıstana hücum etməsi nəticəsində indiyədək 1 milyondan çox insan həlak oldu. 11 sentyabrı geniş işıqlandıran media bəs nə üçün Əfqanıstanda və İraqda öldürülən 1 milyon insan barəsində susur?”

M. Əhmədinejad əlavə edib ki, Tehrana qarşı birtərəfli sanksiyalarla İranın təslim olacağını zənn edirdilər: “Lakin bu yanlış düşüncə idi və bunu da gördülər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR