Bank Of Baku

Azərbaycanın İrandakı səfiri Şərqi Azərbaycan vilayətinin başçısı ilə görüşüb

Azərbaycanın İrandakı səfiri Şərqi Azərbaycan vilayətinin başçısı ilə görüşüb
# 11 sentyabr 2012 17:04 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bu ökənin Şərqi Azərbaycan vilayətinin başçısı Əlirza Beygi ilə görüşüb. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir İranda 11 avqust tarixdə baş vermiş zəlzələ nəticəsində həlak olanların yaxınlarına bir daha başsağlığı verib və bildirib ki, Azərbaycan zəlzələdən zərər çəkənlərə göstərdiyi yardımı davam etdirmək niyyətindədir. Bu məqsədlə zəlzələnin baş verdiyi qəsəbələrdən birində müasir məktəb və ya xəstəxananın tikintisi ilə bağlı Azərbaycan hökumətinin təklifini vilayətin başçısına təqdim edib.

Şərqi Azərbaycan vilayətinin başçısı Əli Beygi öz növbəsində zəlzələdən zərər çəkənlərə göstərdiyi yardıma görə Azərbaycan Respublikasına öz minnətdarlığını bildirib.

Vilayətə səfəri çərçivəsində səfir burada aparılan bərpa işləri ilə tanış olub və yerli əhali ilə söhbət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR