Bank Of Baku

İranın xarici işlər naziri Qazaxıstana səfər edib

İranın xarici işlər naziri Qazaxıstana səfər edib
# 12 sentyabr 2012 03:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi Qazaxıstana səfər edib. APA-nın İRİB-ə istinadən məlumatına görə, səfərdə məqsəd Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQFETM) təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etməkdir. Tədbirdə Ə. Salehi beynəlxalq və regional məsələlərlə bağlı çıxış edəcək.
Qeyd edək ki, AQFETM 1996-cı ildə Asiya qitəsinin 17 ölkəsi tərəfindən yaradılıb və hazırda təşkilata 24 dövlət üzvdür. Yığıncaqda quruma sədrlik Türkiyədən Çinə təhvil veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR