Bank Of Baku

Ramin Mehmanpərəst: “İran Fars Körfəzində hər cür fəaliyyəti izləyir”

Ramin Mehmanpərəst: “İran Fars Körfəzində hər cür fəaliyyəti izləyir”
# 12 sentyabr 2012 10:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Fars Körfəzindəki hər cür fəaliyyəti həssaslıqla müşahidə edirik”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst keçirdiyi mətbuat konfransında deyib. Jurnalistin ABŞ-ın 25 ölkə ilə birgə Fars Körfəzində ortaq hərbi təlim keçirməsi ilə bağlı sualını cavablandıran R. Mehmanpərəst bildirib ki, Tehran bu məsələyə böyük həssaslıqla yanaşır: “İran Fars Körfəzində, xüsusən də sahilə yaxın ərazilərdə hər cür hərəkətliliyi izləyir. Silahlı Qüvvələrimiz müxtəlif hərbi təlimlər keçirərək bölgənin sülh və təhlükəsizliyini qoruyur. Hər kəs bölgədə təhlükəsizliyin pozulmasının çox həssas məsələ olduğunu dərk edərək buna uyğun hərəkət etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR