Bank Of Baku

İranın Şərqi Azərbaycan vilayətində əhali ilə polis arasında qarşıdurma baş verib

İranın Şərqi Azərbaycan vilayətində əhali ilə polis arasında qarşıdurma baş verib
# 13 sentyabr 2012 08:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Şərqi Azərbaycan vilayətinin Qaradağ bölgəsində Motalıq, Qalakənd və Abış Əhməd kəndlərinin əhalisi ilə çevik polis qüvvələri arasında qarşıdurma baş verib. APA-nın HRANA-ya istinadən verdiyi məlumata görə, Motalıq kəndində çıxan termal sulardan indiyədək bu üç kəndin əhalisi az pul ödəməklə istifadə edib. Lakin bir müddət əvvəl İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) dəstəyi ilə sabiq millət vəkillərindən biri həmin termal sular çıxan yeri ələ keçirib, orada yeni bina tikərək ödəniş haqqını artırıb. Həmin binanın açılışında Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beygi də iştirak edib. Valini görən əhali ödəniş haqqının çox baha olduğunu bildirərək şikayət etməyə başlayıblar. Nəticədə çevik polis qüvvələri ilə əhali arasında qarşıdurma yaranıb.

Etirazların qarşısını almaq üçün polislər dəyənəklərdən, gözyaşardıcı qazdan və plastik güllələrdən istifadə edib. Qarşıdurma nəticəsində yaralanan və həbs edilənlər var. Yaralananlar həbs olunmamaq üçün öz yaşadıqları ərazinin xəstəxanalarına deyil, məcburən qonşu şəhərlərin tibb məntəqələrinə müraciət ediblər.

Hadisə bir neçə gün əvvəl baş versə də, xəbər yeni yayılıb. İnsident zamanı neçə nəfərin həbs olunduğu hələlik məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR