Bank Of Baku

Əlaəddin Burucerdi: “Barak Obama dünya müsəlmanlarından üzr istəməlidir”

Əlaəddin Burucerdi: “Barak Obama dünya müsəlmanlarından üzr istəməlidir”
# 13 sentyabr 2012 11:16 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Barak Obama Məhəmməd peyğəmbərin təhqir olunduğu filmlə əlaqədar dünya müsəlmanlarından üzr istəməlidir”. APA-nın İRİB-ə istinadən verdiyi məlumatına görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi deyib. O bildirib ki, ABŞ prezidenti təhqiramiz filmin yayılmasının qarşısını almaq üçün dərhal tədbirlər görməlidir.

Ə. Burucerdi Liviya və Misirdəki kütləvi aksiyalara toxunaraq bəyan edib ki, müsəlman ölkələrindəki reaksiya Qərbin islam aləmindəki dini etiqadlara zərər vurmaq və islamı zəiflətmək siyasətinin uğursuzluqla nəticələnməsinin göstəricisidir: “Bu gün dünyada islami oyanış dalğası baş qaldırıb. ABŞ-da belə filmlər istehsal etməklə bu alovu söndürməyə cəhd göstərən insanlar yanılırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR