Bank Of Baku

Yəməndə ABŞ səfirliyinə hücum zamanı bir nəfər ölüb, onlarla şəxs yaralanıb

Yəməndə ABŞ səfirliyinə hücum zamanı bir nəfər ölüb, onlarla şəxs yaralanıb
# 13 sentyabr 2012 11:59 (UTC +04:00)
APA-nın məlumatına görə, diplomatlara məxsus bir neçə avtomobili yandıran nümayişçilər səfirlik binasının pəncərələrini sındırıblar. Yəmən Daxili İşlər Nazirliyinin nümayəndəsi səfirlik binasının təhlükəsizlik qüvvələri tərəfindən qorunduğunu, buna rəğmən bir neçə aksiya iştirakçısının səfirlik kompleksini əhatə edən divara çıxa bildiklərini deyib: “Hazırda vəziyyət nəzarət altındadır, səfirliyə gedən yollar bağlıdır”. Güc strukturlarının əməkdaşları aksiyanı dağıtmaq üçün havaya atəş açırlar. Nümayişçilərə qarşı su şırnağından da istifadə olunur. “Sinxua” agentliyi səfirliyə hücum zamanı bir aksiya iştirakçısının öldüyü, onlarla şəxsin yaralandığı barədə məlumat yayıb.

Xatırladaq ki, Məhəmməd peyğəmbərin pis formada təqdim olunduğu “Müsəlmanların məsumluğu” filminin ekranlara çıxması Yaxın Şərq və Afrikanın müsəlman ölkələrində ABŞ səfirliklərinə hücumların təşkili ilə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR