Bank Of Baku

Tehranda İsveçrə səfirliyinin qarşısında ABŞ-a etiraz nümayişi keçirilir

Tehranda İsveçrə səfirliyinin qarşısında ABŞ-a etiraz nümayişi keçirilir
# 13 sentyabr 2012 16:35 (UTC +04:00)
Bakı – APA. İranın paytaxtı Tehran şəhərində 500 nəfərə yaxın şəxs ABŞ-da çəkilən “İslamın məsumiyyəti” adlı filmə etiraz bildirmək üçün küçələrə çıxıb.

APA-nın “Tages Anzieger”ə istinadən xəbərinə görə, İranda ABŞ-ın səfirliyi olmadığından, nümayişçilər Birləşmiş Ştatları bu ölkədə təmsil edən İsveçrə səfirliyinin qarşısına toplaşıblar.

Aksiya iştirakçıları “İsrailə ölüm!” və “ABŞ-a ölüm!” şüarları səsləndiriblər, filmin müəllifləri ilə haqq-hesab çəkilməsini tələb ediblər. İsveçrə səfirliyinin mühafizəsi İran polisi tərəfindən dərhal gücləndirilib. Buna səbəb ABŞ-ın Liviya, Misir və Yəməndəki səfirliklərinə qəzəbli nümayişçilər tərəfindən hücum olunmasıdır. Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna hücum nəticəsində səfir Kristofer Stivens də daxil olmaqla dörd diplomat öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR