Bank Of Baku

ABŞ təmsilçisi: “İran özünün nüvə fəaliyyəti ilə bağlı ən kiçik dəlilləri də məhv edir”

ABŞ təmsilçisi: “İran özünün nüvə fəaliyyəti ilə bağlı ən kiçik dəlilləri də məhv edir”
# 14 sentyabr 2012 09:29 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran Parçin hərbi obyektində sistemli olaraq dağıntılar aparır”. APA-nın məlumatına görə, bunu ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) nümayəndəsi Robert Vud deyib. O bildirib ki, Tehran Parçində apardığı təcrübələrə dair dəlilləri məhv etməyə çalışır: “Agentlik ekspertləri İranın orada partlayıcı maddələrin sınağını aparmasından şübhələnirlər. Agentlik Tehrandan eksperlərin Parçinə daxil olmaları üçün icazə verməsini istəyir. İran isə bu istəyə cavab verməyərək ekspertlərin vəzifələrini icra etmələrinə açıq şəkildə maneçilik törədir. Rəsmi Tehran bütün ittihamları rədd edərək bildirir ki, Parçin adi hərbi obyektdir”.

R. Vud əlavə edib ki, Qərb diplomatları həmin obyektin bir neçə ay ərzində peykdən çəkilən fotolarına əsaslanaraq Parçinin fəaliyyəti ilə bağlı şübhələrini irəli sürürlər: “Əgər Tehran orada heç nə gizlətmirsə, niyə beynəlxalq agentlik Parçinə daxil olmaq istəyini bildirəndən bəri orada dəyişikliklər aparır?”

Qərb diplomatlarının fikrincə, İran ərazidə təmizləmə işləri apararaq, nüvə fəaliyyətini isbat edən ən kiçik dəlilləri də məhv edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR